AZCLOUD Korporativ həllər
AZCLOUD Enterprise “AzInTelecom"-un Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına malik və 99,982% etibarlılıq səviyyəsi ilə təmin olunan iki əlçatanlıq zonası əsasında korporativ müştərilərə bulud xidmətləri təqdim edir. AZCLOUD Enterprise bulud xidmətləri, müştərinin avadanlığının əlçatanlıq zonasında yerləşdirilməsini təmin edən yerləşdirmə (Co-location), məlumat itkisinin qarşısının alınmasını təmin edən rezervlənmə (Baas), gündəlik istifadə olunmayan və illərlə saxlanılan böyük həcmli məlumatların saxlanması üçün arxivləşdirmə (AaaS), korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin kompleks şəkildə təhlükəsizliyinin qorunması üçün əlverişli təhlükəsizlik həlləri, müştərilərə Microsoft Windows Server, SQL Server və Exchange Server proqram təminatından faydalanmaq imkanı yaradan Microsoft məhsulları və yeni nəsil rabitə növü hesab edilən virtual IP telefoniya xidmətini təklif edir.
© Şəkil "AzInTelecom" MMC-nın inzibati binasında, 2016-ci ildə çəkilib
TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 Sertifikatlarına malik Əlçətanalıq Zonaları
24/7 müddətində sifarişçiyə texniki dəstəyin göstərilməsi
Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etmək
İnsana dəyər-Peşəkar komanda
Etibarlılıq
İnnovativlik
Çeviklik
Şəffaflıq
Məxfiliyin qorunması
Müasir infrastruktur sayəsində müştərilər üçün ən vacib olan 4 aspekti təmin edirik: təhlükəsizlik, etibarlılıq, rahatlıq və xərclərə qənaət.
Bizim fərqləndirici cəhətimiz bazar tendensiyaları və ən müasir texnologiyalara uyğunluğumuzdur. Əlçatanlıq zonasının ən əsas üstünlükləri arasında informasiya təhlükəsizliyinin təmin edilməsi, kibertəhdidlərin qarşısının alınması və data itkisi ilə bağlı risklərin minimuma endirilməsini qeyd etməliyik. Bundan başqa, təklif etdiyimiz xidmətlərə 24/7 rejimində texniki dəstək təmin edirik.
Təhlükəsizlik bizim üçün ən önəmli amillərdən biridir. Təhlükəsizliyi təmin etmək üçün ilk olaraq risklərin qiymətləndirilməsindən başlayırıq, ətraflı təhlil aparırıq və müvafiq həllər seçirik. DM-in perimetrinin mühafizəsindən danışsaq, burada çoxpilləli yanaşma tətbiq edirik: 24/7 biometrik daxilolma, video nəzarət, ağıllı siqnalizasiya, yanğına qarşı mühafizə, tüstünün aşkar edilməsi və qaz vasitəsilə yanğınsöndürmə. İnformasiya təhlükəsizliyi sistemi üçün isə aşağıdakı açar elementləri tətbiq edirik: DM-in şəbəkə perimetrinin qorunması (firewall), Paylanmış Xidmətdən imtina hücumlarından (DDoS) qorunma, data itkisinin və sızmasının qarşısının alınması, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması (IDS/IPS sistemi). Onu da qeyd edək ki, AZCLOUD əlçatanlıq zonaları Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilmişdir.
Biz inanırıq ki, siz öz biznesinizi qurarkən böyük baryerlərlə üzləşməməlisiniz. IaaS xidmətlərimiz müştərilərə vaxt və biznes tələblərindən asılı olaraq öz İT infrastrukturlarını genişləndirmək imkanı verir. Öz resurslarınızı siz özünüz təhlil edirsiniz. Təklif etdiyimiz kommersiya paketləri daxilində sadəcə aylıq abunə haqqı ödəməklə əlavə avadanlıqların quraşdırılması və texniki dəstəyin göstərilməsini təmin edirik. Biz xidmətlərimizi elə şəkildə uyğunlaşdırırıq ki, siz öz tələb və büdcənizə uyğun olan optimal həll əldə edəsiniz. Bununla da, xərclərin optimallaşdırılması sayəsində digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət edə biləcəksiniz. Təklif etdiyimiz IaaS xidmətlərinin səmərəliliyini qısa şəkildə belə ifadə edə bilərik: İT resursları maksimum elastikdir, istədiyiniz zaman əlçatandır, faktiki istifadəyə əsaslanan qiymət modeli isə sadə və şəffafdır.
Biz tərəfdaşlığın etibarlılıq üzərində qurulmasına önəm veririk. Enerji təchizatının etibarlılığını təmin etmək üçün üçmənbəli enerji, fasiləsiz enerji təchizatı sistemi və 72 saat fasiləsiz çalışmanı təmin edən çənə malik ikili dizel generatordan (“Volvo”) istifadə edirik. İki enerji mənbəyinə malik avadanlıqlar və çoxsaylı “uplink” xətləri hesabına xüsusi ehtiyat soyutma sistemi (”Stulz”) yaratmışıq. Yüksək ötürülmə sürətinə malik iki ayrıca əsas provayder (backbone) vasitəsilə qoşulmanın etibarlılığını tam təmin edirik. Ən əsası isə, bizdə mövcud olan ölkədaxili şəbəkə (local exchange ring) sayəsində beynəlxalq internetlə bağlı fors-major hal baş versə belə, sizi əmin edə bilərik ki, xidmətlərinizin fasiləsizliyi təmin olunacaq. Həmçinin sistemin fasiləsiz işləməsi üçün vahid sıradan çıxma nöqtələrinin aradan qaldırılması, yüklənmənin tarazlaşdırılması, klasterizasiya, rezervləmə və bərpa sistemi, virtuallaşdırma texnologiyalarını tətbiq edirik.
Əlçatanlıq Zonası 2 ilə məlumatlarınızın rezervləşdirilməsi üçün coğrafi ehtiyatlılıq imkanını da təqdim edirik. Enerjidən istifadəsinin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə zərərsiz əlçatanlıq zonası yaratmaq mümkün olmuşdur.

ABŞ-ın Uptime Institute-u tərəfindən işlənib-hazırlanmış TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Tier III standartına malik Əlçatanlıq Zonalarında texniki xidmət və təmir üçün fasilə edilməsi tələb olunmur. Aktiv avadanlıqlar N+1 prinsipi ilə rezervlənir. Bunun sayəsində İT-proseslərini dəstəkləmək üçün zəruri olan istənilən element əlçatanlıq zonasının işinə xələl gətirmədən təmir edilə bilər. İnfrastrukturun etibarlılığı 99.982%, il ərzində yolverilən boşdayanma isə cəmi 1.6 saat təşkil edir.
ISO/IEC 20000 şirkətlərə İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən standartdır. Bu sertifikatın əldə edilməsi potensial müştərilərə şirkətdə daxili proseslərin təhlükəsiz, düzgün idarə olunan və daima təkmilləşən olduğunu başa düşməyə yardım edir. Yüksək keyfiyyəti və biznes məqsədlərini rəhbər tutmaqla, proseslərin inteqrasiya olunmasına və məhsuldarlığı artırmağa imkan verir. Bu sertifikat özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artmasına gətirib çıxarır. Ən əsası isə, xidmətlərin idarə olunmasına struktur yanaşma sayəsində, müştərilərdə inam yaranmasını təmin edir.
ISO/IEC 27001 şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib-hazırlanması üçün nəzərdə tutulan standartdır. Əsas Məqsədi şirkətin informasiya sisteminin idarəetmə üçün daha da şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib-hazırlanmasından ibarətdir. ISO 27001 sertifikatının mövcudluğu tərəfdaşlara, investor və müştərilərə şirkətdə informasiya təhlükəsizliyinin effektiv idarə olunduğunu əyani şəkildə sübut edir. Bu da öz növbəsində, şirkətin rəqabət qabiliyyətini artırır və informasiya risklərini idarəetmək qabiliyyətini nümayiş etdirir.
Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikat (ISO 22301:2012) “AzInTelecom” və onun əlçatanlıq zonası əsasında xidmət göstərən “AZCLOUD” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, işində xətalardan müdafiənin, eləcə də onların yaranma ehtimalının azaldılması və bərpası üçün şəraitin təmin edilməsinə dair tələblərə cavab verən şirkətlərə təqdim olunur.