MICROSOFT məhsullarının aylıq icarəsi


Microsoft Windows Server, SQL Server, Exchange Server

Microsoft məhsullarının aylıq icarəsi sizin biznesiniz üçün lazımi proqram təminatının əldə edilməsi üçün xərclərin azaldılmasına və tələbata əsasən əldə edilməsinə və dəyişdirilməsinə imkan verir. AZCLOUD virtual mühitdən istifadə zamanı müştərilər Microsoft Windows Server əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün SQL Server və elektron poçtun idarə edilməsi üçün Exchange Server proqram təminatından faydalana biləcəklər.

AZCLOUD-dan Microsoft məhsullarının aylıq icarə modeli əsasında əldə ediməsinin əsas üstünlükləri:

  • Kapital xərclər tələb olunmur
  • Lisenziyalı proqram təminatından istifadə zamanı məlumat təhlükəsizliyi riskləri azalır
  • Tələbatınıza əsasən abunəliyin sayı azaldıla və ya artırıla bilər
  • Hər zaman proqram təminatının ən son versiyası təmin edilir
  • Quraşdırılma bulud üzərindən tez və asan həyata keçirilir