Bəzi hallarda məlumatları qoruyub saxlamaq çətinləşir, daha çox məlumat toplamaq imkanı yaranır və bu məlumatların həcmi artır. Adətən bu kimi məlumatlar gündəlik istifadə üçün yararlı olmasa da zərurət yarandıqda istifadəsi çox önəmlidir. Məhz bu kimi məlumatlar üçün "Azcloud" bulud xidmətləri “Arxivləşdirmə xidmət kimi” xidmətini (LTO texnologiyası əsasında) təqdim edir.
Sərt disklərin 1-5 il, “DVD” disklərin 3-7 il və “fləş yaddaş” daşıyıcıların 5-8 il saxlama müddətini nəzərə alsaq, LTO texnologiyası əsaslı arxivləşdirmə xidməti daha münasib qiymətə 30 ilə qədər saxlama imkanını yaradır.
Üstünlüklər:
• Xarici bulud provayderlərindən fərqli olaraq xidmətin qısa zamanda təqdim edilməsi
• İnfrastruktur xərclərinin azaldılması
• İllərlə saxlanılan böyük həcmli məlumatların arxivləşdiriləşdirilməsi və tələb olunanda bərpası
• Külli miqdarda aylıq ödənişlərdən azad olunma
• Daha böyük həcm (TB-lar)
• Məlumatların 2.5 dəfəyədək sıxılma imkanı
• Bir məlumat daşıyıcısının (LTO type 7) 15 TB-dək məlumatı saxlamaq imkanı