“AZCLOUD” bulud hesablamaları xidmətləri sizin ehtiyaclarınıza uyğunlaşdırılır. Fərdiləşdirilmiş həllər minimum giriş xərcləri ödəməklə daxili İT infrastrukturu yaratmağa imkan verir. “AZCLOUD” tərəfindən təqdim olunan həllər sizin konkret ehtiyaclarınıza cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verir. Cari ehtiyaclarınıza əsasən CPU, HDD, RAM parametrlərini seçərək resurs əldə edə bilərsiniz. Təklif etdiyimiz “Artıma uyğun ödə” modeli xidmətin dəyərini proqnozlaşdırmağa imkan verir və nəticədə infrastruktur xidmətlərinə görə xərcləriniz azalır. Bundan əlavə, dünyanın istənilən nöqtəsindən VPN şəbəkəsinin qurulması, VPN (İPsec), İPv4 və İPv6 xidmətləri, eləcə də ayrılmış xətt xidmətini göstərə bilərik. Habelə “AZCLOUD” tərəfindən təqdim olunan DDoS (“Paylanmış xidmətdən imtina hücumları”) Mühafizə xidməti ilə infrastrukturunuzun etibarlılığı və təhlükəsizliyi təmin olunacaq, Yüklənmənin Tarazlaşdırılması (load balancing) xidməti isə şəbəkənizdən istifadəni optimallaşdıracaq.
MƏLUMATLARIN QORUNMASI XİDMƏTİ (DRaaS)
“DRaaS” xidməti fövqəladə hallar zamanı məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyət göstərməsini təmin edir.
Bu xidmət vasitəsilə tətbiq ediləcək həllər müştəriləri xərclərin azalmasına və daxili resursların daha səmərəli istifadəsinə yönəldərək bizneslərin mövcud bazar konyukturasına daha uyğun dəyər yaratmasına səbəb olacaq.
REZERVLƏNMƏ XİDMƏTİ
"AZCLOUD" təqdim etdiyi məlumatların rezervlənməsi xidməti məlumat itkisinin qarşısının alınmasını və onun idarə edilməsini maksimal olaraq asanlaşdırır.
ARXİVLƏŞDİRMƏ XİDMƏTİ
Gündəlik istifadə olunmayan və illərlə saxlanılan böyük həcmli məlumatların saxlanması üçün arxiv həllidir.
YERLƏŞDİRMƏ
Avadanlıqların yerləşdirilməsi həlli ilə biz müştərilərin avadanlıqlarını daimi işləyən soyutma sistemlərinə, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış ilə təmin edirik. Bu xidmətdən faydalanmaqla siz enerji, texniki xidmət, serverlərin idarəolunması kimi xərclərə əlvida deyə bilərsiniz. Bizim Əlçatanlıq Zonasında yerləşdirdiyiniz serverləriniz sutkanın 24 saatı, həftənin 7 günü ərzində fasiləsiz nəzarət altında olacaq. Sorğunuzdan asılı olaraq serverinizin işə salınması, yenidən işə salınması, söndürülməsi və xarici diaqnostikasını (remote hands and remote eyes) həyata keçirilə bilərik.
MICROSOFT MƏHSULLARI
"AZCLOUD" virtual mühitdən istifadə zamanı müştərilər lisenziyalaşdırılmış Microsoft Windows Server əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün SQL Server və poçtun idarə edilməsi üçün Exchange Server proqram təminatından faydalana biləcəklər.
VİRTUAL IP TELEFONİYA
Yeni nəsil rabitə növü hesab edilən Virtual IP telefoniya xidmətlərindən istifadə etmək üçün sadəcə internet şəbəkəsinin olması kifayətdir. Adi şəhər nömrəsi olan SIP nömrəni noutbuka, smartfona və s. qoşub asanlıqla istifadə etmək mümkündür.